2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Yumurta ucuzlaşdı – VİDEO

Paytaxt bazarlarında satılan yumurtanın qiymətində enmə müşahidə olunur. “Xəzər TV” xəbər verir ki, əvvəllər 18- 20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur.

 

Saytların yığılması Saytlarin yigilmasi

Satıcıların da dediklərindən məlum olur ki, qiymət endirimini hər şirkət fərqli həyata keçirib. Yəni şirkətlərdən bəzisi 3 qəpik endirim etdiyi halda, bir qism şirkətlərin istehsal etdiyi yumurta 5 qəpik ucuzlaşıb. Hətta bazarda 10 qəpiyə də yumurtaya rast gəlmək mümkündür. Bəs bu fərq nədən yaranır?

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normalıdı. O ki qaldı ucuzlaşmanın səbəbinə, bu, istrehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur.

Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur. Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb.

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, hələlik toyuq ətinində qiymət dəyişikliyi gözlənilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button