2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yunanıstan əfqan qaçqınların qarşısını almaq üçün divar tikir

Yunanıstan Avropaya keçməyə çalışan əfqan qaçqınların artacağına dair narahatlıqlar fonunda Türkiyə ilə sərhədində 40 kilometrlik çəpər inşa edib və yeni nəzarət sistemi yerləşdirib. Yunanıstan 2015-ci ildə, əksəriyyəti suriyalılardan ibarət bir milyondan çox qaçqın quru və dəniz sərhədinə axışandan bəri, bir neçə dəfə qaçqın böhranı ilə üzləşib.

Yunanın Türkiyə ilə sərhədindəki əsas postdan çıxış edən İctimai Asayiş naziri Mikalis Krissokoidis aydın və ədalətli adlandırdığı xəbərdarlıq edib.

O deyib ki, “sərhədlərimiz təhlükəsiz və möhkəm qalacaq. Biz nizamsız qaçqın axınına icazə verməyəcəyik”

Saytların yığılması Saytlarin yigilmasi

Müdafiə naziri Nikos Panagiotopolus deyib ki, Yunanıstanı Türkiyədən ayıran Maritsa çayı boyu inşa edilən çəpər rəsmilərin ölkəni yeni miqrant böhranına qarşı qorumaq planının bir hissəsidir.

“Biz sayığıq, amma Yunanıstan özünü hər hansı təhlükədən qorumağa davam edəcək”, o deyib.

Müdafiə naziri deyib ki, yeni çəpər boyunca sərhədi qanunsuz keçənləri izləmək üçün dronlardan ibarət flota və gecə kameraları daxil olmaqla xüsusi nəzarət sistemləri yerləşdirib. Bundan əlavə ölkənin şimalında Bolqarıstanda sərhəddə də buldozerlərin torpağı qazdığı görülüb. Orada hərbi yük maşınlarından tikanlı məftil endirilib.

Yunanıstan Avropanın miqrasiya böhranının ön cəbhəsində yer alıb. Belə ki, 2015-ci ildən bəri ölkədən 1.2 milyon suriyalı qaçqın keçib.

Yunanıstan ölkədə altı ildən çoxdur ilişib qalan yüz minlərlə miqrant və qaçqına yardım etmək üçün çox az iş gördüyündə görə dəfələrlə Avropa İttifaqına şikayət edib, çünki qonşu ölkələr, digər Avropa ölkələri, o cümlədən Almaniya buna göz yumub və miqrantları uzaq tutmaq üçün sərhədlərini möhkəmləndirib.

Birləşmiş Millətlər Təşkilatı indi regiondakı ölkələrə qaçan əfqanlara da eyni münasibəti göstərməməyə çağırır. Lakin afina hökuməti bu məsələdə passiv qalmayacağını deyir.

Əksinə baş nazir Kiriakos Mitsotakis cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb və onlardan regiondakı potensial miqrasiya böhranını həll etmək üçün yardım almağa və ortaq strategiya qurmağa çalışıb.

Danışığın təfərrüatları və ya iki liderin verdiyi hər hansı qərarla bağlı məlumat açıqlanmayıb. Lakin danışıqdan qısa müddət sonra Ərdoğan Avropaya Türkiyənin qaçqın anbarı olmayacağı barədə xəbərdarlıq edib.

Türkiyə artıq 3.6 milyon suriyalı qaçqına və 300 mindən çox əfqana ev sahibliyi edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button