Bizim tərcüməDünya

Yunanıstan Liviyadan köçür! Onlar səfiri geri çağırıblar

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Yunanıstanın xarici işlər naziri Nikos Dendias paytaxt Tripoliyə səfəri zamanı təyyarədən enməkdən imtina etdikdən sonra Liviya Xarici İşlər Nazirliyi Afinadakı səfiri Həmed Bəşir əl-Məbruku məsləhətləşmələr üçün çağırıb.

Liviya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, xarici işlər naziri Necla əl-Menquşun 17 noyabr cümə axşamı Tripoli səfəri zamanı Dendiasın təyyarədən enməməsi məsələsinə aydınlıq gətirmək üçün səfir Məbruku məsləhətləşməyə çağırdığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yunanıstan nazirinin davranışının beynəlxalq diplomatiya normalarına zidd olduğu vurğulanan açıqlamada, “Xarici işlər naziri Menquş, Liviyanın Afina səfiri Mebrukdan Yunanıstan rəsmilərinə xarici işlər naziri Dendiasın davranışına aydınlıq gətirmək üçün etiraz notası verməsini istəyib.” ifadələrdən istifadə edilmişdir.

Liviya Xarici İşlər Nazirliyinin açıqlamasında bu cür düşünülməmiş hərəkətlərin Liviyanın etimadını və sabitliyini təhlükə altına salan, dolayısı ilə ölkədə parçalanmaya dəvət edən əks-sədaları olduğu diqqətə çatdırılıb.

Yunanıstanın xarici işlər naziri Dendias noyabrın 17-də Liviyanın paytaxtı Tripoliyə gəlib, lakin Liviyanın xarici işlər naziri Necla Menquşun onu qarşılamaq üçün hava limanına gəldiyini öyrənincə, təyyarədən enməkdən imtina edib.

Bunun üzərinə Liviyanın baş naziri Əbdülhəmid Dibeybe və Liviya Xarici İşlər Nazirliyi də Dendiasa reaksiya verib. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button