Bizim tərcümə

Yunanıstan silah-sursatdan doymur… Almaniyadan 4 milyard avro sifariş

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-18 08:13:27

2020-ci ildə Şərqi Aralıq dənizində Türkiyə ilə yaşanan böhrandan sonra Yunanıstan hökumətinin başlatdığı silahlanma çılğınlığında Fransa və ABŞ-dan sonra Almaniya yeni ünvandır. Almaniya kansleri Olaf Şolzun 27 oktyabrda Afinada Yunanıstana səfəri zamanı təxminən 4 milyard avro dəyərində silahlanma proqramının və ya bu proqramın bir hissəsinin açıqlanması gözlənilir. Yunanıstan mətbuatının məlumatına görə, silahlanma proqramına aşağıdakılar daxildir:

– 205 ədəd yeni Lynx KF-41 tipli zirehli döyüş maşınının alınması. Şimali Yunanıstanda qurulacaq fabrikdə istehsal planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

– 190 Leopard 1 tipli tankın modernləşdirilməsi.

– 183 Leopard 2 tipli tankın modernləşdirilməsi.

– 4 MEKO tipli freqatın modernləşdirilməsi.

Hesablamalara görə, 337 Leopard tankının modernləşdirilməsi 2 milyard, 205 zirehli döyüş maşınının alınması 1,4 milyard avro, 4 freqatın modernləşdirilməsi 600 milyon avroya başa gələcək.

FRANSADAN TƏYYARƏ VƏ GƏMİN

Afina 2020 böhranından sonra silahlanma proqramını həyata keçirdi. Bu çərçivədə Fransadan 3,3 milyard dollar dəyərində 24 Rafale döyüş təyyarəsi və 3 milyard dollar dəyərində Belharra tipli 3 freqat sifariş edib.

ABŞ-DAN F-35 VƏ F-16S

Yunanıstanın ABŞ-dan 20 ədəd F-35 qırıcısı alması üçün təmaslar davam edir. Baş nazir Kirikaos Mitsotakisin may ayında Vaşinqtona səfəri zamanı ABŞ administrasiyasının “yaşıl işıq” yandırmasından sonra Yunanıstan Hərbi Hava Qüvvələri iyun ayında “niyyət məktubu” göndərərək 20 ədəd F-35-in alınması prosesini başlatdı. Razılığa gəlindiyi təqdirdə, F-35-lərin təxminən 3 milyard dollara başa gələcəyi və tədarükün 2028-ci ildə başlayacağı təxmin edilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button