Yunanıstanın paytaxtı Afinada bank qarətini törədən şəxsin Yunanıstan Silahlı Qüvvələrinin polkovniki olduğu bildirilib.
Yunanıstan Dövlət Agentliyinin AMNA xəbərinə görə, bu gün səhər saatlarında Argiroupoli rayonunda bank şöbəsini əl qumbarası ilə hədələyərək soyan şəxsin 53 yaşlı polkovnik olduğu müəyyən edilib.
Şübhəlinin digər quldurluq hadisələri ilə məşğul olub-olmadığını araşdırmaq üçün Attiki Polis Bölməsində saxlanıldığı bildirilib. Polkovnikin hərbi məhkəmədə mühakimə olunması planlaşdırılır.
Yunanıstan mətbuatında yer alan xəbərlərdə digər bank soyğunlarına qarışdığı şübhəli bilinən polkovnikin qumar oynadığı üçün kredit şirkətlərinə olan borclarını ödəmək üçün bu üsula əl atdığı iddia edilib. (AA)
Tərcümə“24 SAAT”
You must log in to post a comment.