2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yunanıstanda iki qatar toqquşub:  32 nəfərin öldüyü, 85 nəfərin yaralandığı bildirilir

Yayımlandı: 1 Mart 2023 13:48

Ölkədə 3 gün matəm elan olunub

Yunanıstanın mərkəzindəki Tempe şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində azı 32 nəfər ölüb, 85 nəfər yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qatarlarlardan biri yük, digəri sərnişin olub.

Hadisənin baş verdiyi Thessaly vilayətinin qubernatoru Konstantinos Agorastos yerli mediaya bildirib ki, iki qatar – Afinadan şimaldakı Saloniki şəhərinə gedən sərnişin qatarı və Salonikidən Larissaya gedən yük qatarı Yunanıstanın mərkəzi şəhəri yaxınlığında üz-üzə toqquşub.

“Toqquşma çox güclü olub”, – deyən Agorastos əlavə edib ki, ilk dörd vaqon relsdən çıxıb.

“Onlardan ilk ikisi, demək olar ki, tamamilə məhv olub”, – deyə o bildirib.

Qubernatorun sözlərinə görə, təxminən 194 sərnişin avtobuslarla Selanikə təxliyyə edilib:

“Hadisə yerində polis, yanğınsöndürən və xilasedicilər hələ də işləyirlər”.

Yaxınlıqdakı Larissa şəhərindəki xəstəxana rəsmiləri azı 25 nəfərin ciddi xəsarət aldığını bildirib.

Dəmiryol operatoru Hellenic Train bildirib ki, toqquşma zamanı Afinadan Salonikiyə gedən sərnişin qatarında təxminən 350 sərnişin olub.

Sağ qalanların dediyinə görə, zərbə nəticəsində bir neçə sərnişin qatar vaqonlarının şüşələrindən atılıb.

Onlar bildiriblər ki, sərnişin qatarı relslərin yanındakı sahəyə çırpıldıqdan sonra onlar özlərini xilas etməyə çalışıb: 

“Vaqonda çaxnaşma var idi, insanlar qışqırırdılar, dəhşətli anlar yaşadıq”.

Sərnişin qatarı İtaliyanın “Ferrovie dello Stato Italiane” qrupu tərəfindən idarə olunub.

Şirkətin vebsaytındakı məlumata görə, onlar Yunanıstanda sərnişin və yük daşımaları üçün dəmir yolu nəqliyyatının əsas təchizatçısıdır.

Gündə 342 sərnişin və kommersiya marşrutu həyata keçirir.

Sonuna qeyd edərsən ki, hadisə ilə bağlı Yunanıstanda 3 günlük matəm elan edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button