2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yunanıstandan Ankaraya TƏHDİD: “Geri dönəcəklərmi?”

Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos Ankaranı təhdid edib.

“Yunan adasına çıxa bilməzlər. Yunan adasına ayaq basanlar geri dönəcəklərmi?” – deyə yunan nazir bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Panos Kammenos bununla da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Baş qərargah başçısı Kardaka çıxmaq istəsəydi, çıxardı” açıqlamasına cavab verib.

“Səbrimizin sərhədi var. Yəni, sonsuz deyil. Böyüklük edirik, öz aramızda olduğu üçün bəzi şeyləri söyləmək istəmirəm. İndiki yunan hökumətinin ərköyün uşağı olan nazirdən də narazı olduğunu bilirik. Avropanın ərköyün uşağı, koalisiyanın ərköyün uşağı, nədir bu? İşimiz, gücümüz ərköyün uşaqları idarə etməkdirmi? Türk əsgərinin lazım gəldiyi zaman nə edə biləcəyini ən yaxşı onların özü bilir. O ərköyün uşağa da yaxşı izah etsinlər”, – deyə Çavuşoğlu bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button