Now Reading:
Yunanıstanı tətil bürüdü

Yunanıstanda dövlət və özəl şirkət əməkdaşları 24 saatlıq tətilə başlayıblar.

Trend-in məlumatına görə, etirazlara səbəb ölkə rəhbərliyinin beynəlxalq kreditlərin təzyiqi altında qəbul etdiyi sərt islahatlardır.

Tətilə ictimai və hava nəqliyyatı əməkdaşlarının da qoşulacağı gözlənilir. Bu isə Yunanıstan adaları arasında bərə və təyyarə reyslərinin ləğvinə səbəb ola bilər.

Bildirilir ki, tətilə səhiyyə işçiləri də qoşulub, ona görə xəstəxanalarda yalnız təcili-tibbi yardım xidmətləri göstərilir.

Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının da tətilə qoşulacağı gözlənilir.

Qeyd edək ki, bu ilin may ayında Yunanıstan beynəlxalq kreditorlarla yeni iqtisadi tədbirlər barədə razılığa gəlib ki, bu da ölkə əhalisinin narazılığı ilə qarşılanıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.