2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yunanıstanın Baş naziri yanğınlarla mübarəzədəki uğursuzluqlara görə üzr istəyib

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkədə baş verən meşə yanğınlarına qarşı hökumətin uğursuzluqlarına görə bazar ertəsi üzr istəyib.

Mitsotakis yanğınların söndürülməsinin misli görünməmiş istilik dalğası və uzun müddət davam edən quraqlıq səbəbindən çətin olduğunu deyib. Onun sözlərinə görə, son günlərdə ümumilikdə 500-dən çox yanğın baş verib.

“Evlərinin və ya əmlakının yandığını görən həmvətənlərimizin ağrılarını tam başa düşürəm. Hər hansı uğursuzluq müəyyən ediləcək və lazım olan yerdə məsuliyyət daşınacaq” – deyə, Mitsotakis televiziya ilə etdiyi müraciətində bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Yunanıstanın Evia adasındakı ən boyuk yanğın binaları və şam meşələrini məhv edib, minlərlə insan evakuasiya edilib.

Bir həftədən çoxdur davam edən yanğın bir könüllü yanğınsöndürən və bir Afina rəsmisinin ölümünə səbəb olub. Əraziyə nəzarət etmək üçün 600-dən çox yanğınsöndürən cəlb olunub.

ABŞ, bir sıra Avropa və Yaxın Şərq ölkələri Yunanıstana yanğınsöndürənlər, yanğınsöndürmə təyyarələri və vertolyotlar göndərib.

Avropa İttifaqı təxminən 1000 yanğınsöndürən və 9 təyyarə göndərib. Təşkilat Türkiyə və İtaliya da daxil olmaqla, meşə yanğınlarına məruz qalan digər ölkələrə də resurs göndərib.

Rekord istilik dalğasının səbəb olduğu meşə yanğınları Türkiyə, İtaliya, İspaniya, Şimali Makedoniya, Albaniya, Rusiya, Əlcəzair və Livanı da əhatə edib. Yunanıstanda temperatur 45 dərəcəyə çatıb.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya bazar ertəsi uzun zamandır gözlənilən hesabatı açıqlayıb və iqlim dəyişikliyinin “birmənalı olaraq insan fəaliyyətindən qaynaqlandığını” bildirib ki, bu da 19-cu əsrdən bəri Yer kürəsinin Selsi ilə tədricən 1,1 dərəcə istiləşməsinə səbəb olub.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya (IPCC) 20 il ərzində dünya alimlərinin proqnozlaşdırdığı kimi istiliyin Selsi ilə 1.5 dərəcə həddinə çatacağını və hətta bu səviyyəni keçəcəyini, buzlaqların əriyəcəyini, dəniz səviyyəsinin qalxacağını, dağıdıcı daşqınlar və quraqlıqlar kimi geridönülməz dəyişikliklərə səbəb olacağı barədə xəbərdarlıq edib.

Eyni zamanda IPCC Yer kürəsində atmosferin istiləşməsinin qarşısını almaq üçün qazıntı yanacağından istifadə edilməməsinə çağırıb. Belə ki, karbon emissiyaları Yer kürəsində istixana qazlarının toplaşmasına səbəb olur.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button