2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

YUNESKO-nun baş katibi Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayır

YUNESKO-nun baş katibi İrina Bokova jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayır. Bu barədə virtualaz.org təşkilatın saytına istinadən məlumat verir.

Qeyd edək ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılovanın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button