2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Yunis Hüseynov: ” Xəzər Lənkəran” Premyer Liqada qalacaq”

“Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynovun müsahibəsi

– İki dəfə baş məşqçisi olduğunuz “Xəzər Lənkəran” 12 illik fasilədən sonra ilk dəfə birinci diviziona düşdü. Bunu necə şərh edərdiniz? 
– Təkcə mən yox, heç kim belə olmasını istəməzdi. Əsas səbəblərdən biri UEFA-nın transfer qadağası ilə bağlı qərarları oldu. Nəticədə yeni futbolçular ala bilmədik və çoxlu xal itirdik. Bundan əvvəl, mövsüm öncəsi yaxşı kollektiv qurmuşduq. Həmin komanda olsaydı, sizi inandırım ki, çempionata rəng qatmışdıq. Ağlımızdan ucundan belə keçməzdi ki, bu qədər azarkeşi olan komanda birinci diviziona düşəcək. Buna görə çox məyus olduq. Ancaq mən inanıram ki, AFFA “Xəzər Lənkəran”ın yüksək liqada qalması üçün nəsə fikirləşəcək.
– Yəni Azərbaycan futboluna özünəməxsus yeri olan “Xəzər Lənkəran”ı itirməyək… 
– Əlbəttə. Region təmsilçisidir. Azərbaycanda “1 nömrə”li azarkeşi olan komandadır.
– “Xəzər Lənkəran” “Rəvan”la oyunda hesabda 2:0 irəlidə olsa da, üstünlüyünü qoruya bilmədi. Bunu nəylə əlaqələndirirsiniz? 
– Hakimliyə diqqət yetirdiniz, bərbad halda idi.
– Hesab edirisiz ki, Ramil Diniyevin belə idarəçiliyi nəticəyə birbaşa təsir göstərdi… 
– Əlbəttə ki. Elə 11 metrlik cərimə zərbəsi olar? Bu, qeyri-obyektiv bir qərar idi. Hakim elə bil özünü itirmişdi. Ancaq sizə deyim ki, həmin penalti epizoduna yenidən baxmaq lazımdır. Ola bilər ki, mən səhv də edirəm. Hər şey ola bilər. Ancaq elə penalti qərəzli verilir.
– Sizcə, baş hakim “Rəvan”a kömək etmək nə məqsədi güdürdü? 
– Mənə elə gəlir ki, bu, qərəzli 11 metrlik cərimə zərbəsi idi. Mən düşünürəm ki, bu, yüzdəyüz belə idi.
– Necə düşünürsünüz, “Xəzər Lənkəran” birinci divizionda çıxış edəcək? Ola bilərmi ki, ümumiyyətlə, oynamasın? 
– Yox, inanıram ki, yüksək liqada şıxış edəcək.
– Birdən birinci divizionda oynamalı olsa? 
– Məncə, düşməyəcək.
– Hissiyyatınız belə deyir? 
– Bəli. Hissiyatım belə deyir ki, komanda Premyer Liqada qalacaq. Ümumiyyətlə, heç kim aşağı düşməyəcək, hamı da qalacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button