2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yüz minlərlə vətəndaşın bank borcu silinir – Gürcüstanda

Gürcüstan adı qara siyahıda olan 600 mindən çox vətəndaşının banklara olan borcunu silmək barədə qərar qəbul edib

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

“Söhbət banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına borcu olan 600 mindən çox insandan gedir. Ümumi məbləğ 1,5 milyard lari (565,3 milyon dollar) təşkil edəcək. Bu gün verilən qərara görə, bizim vətəndaşlarımızın borcu silinəcək”, – deyə Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu kateqoriyaya 150 min nəfər sosial təminatsız və məhdud imkanları olan vətəndaş daxildir. Borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və ayın sonuna qədər bu prosedur davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Xalqımız yeni ili borcu olmadan qarşılayacaq”, – deyə baş nazir əlavə edib.

 

24saat.org xəbəri oxu.az-a istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button