Loading...
Loading...
Cəmiyyət

“Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirilib

Sentyabrın 1-də Şuşa şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının iştirakı ilə baş tutan “Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Bank Respublikanın idarə heyətinin sədri Tariyel İsmayılov, şəhid ailələri, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində hər kəsə öz təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, şəhid övladlarının yay məktəbinin bağlanış mərasiminin müqəddəs Şuşa şəhərində keçirilməsi şəhidlərimizin arzularının reallaşdırılmasının nəticəsidir. “Şuşa İli” çərçivəsində reallaşdırılan bu layihə qəhrəman oğullarımızın əziz xatirəsinin daima qəlbimizdə yaşadığını göstərir.

Ombudsman Səbinə Əliyeva yay məktəblərinin böyüyən nəslin inkişafında əhəmiyyətindən danışıb və “Zəfər” Yay Məktəbinin şəhid övladlarının bacarıqlarının formalaşmasında, arzularının reallaşmasında rolundan bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Agentliyin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin “Zəfər” Yay Məktəbi layihəsinin müxtəlif istiqamətlər üzrə şəhid övladlarının bacarıqlarının artırılmasında böyük əhəmiyyəti olacaqdır.

Çıxış edən digər natiqlər – Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Bank Respublikanın idarə heyətinin sədri Tariyel İsmayılov tədbirlə bağlı fikirlərini bölüşərək bilidiriblər ki, şəhid övladlarının Şuşa şəhərində təqdim etdikləri bugünkü, ilk sənət nümunələri onların həyatında xüsusi yer tutacaq.

Tədbirin sonunda şəhid övladlarının “Zəfər” Yay Məktəbi təlimləri nəticəsində hazırladıqları kiçik sənət əsərlər nümayiş olunub və onların iştirakı ilə bədii hissə təqdim olunub.

24 saat” ““Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirilib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  “Qanlı kaha” filminin çəkilişləri başa çatıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button