2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zəngilana məcburi köçkünlərin ilk köçü yola salınıb

Yayımlandı: 19 İyul 2022 13:00

Sakinlərin “Ağıllı kənd” konsepsiyasına uyğun köçürüldüyü bildirilir

İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə əhalinin ilkin köçürülməsinə start verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci mərhələdə Abşeronun Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndən köçkünlərin ilk qrupu Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz yurd-yuvalarına yola salınıb.

Bu barədə “Azərtac”a Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev danışıb.

O, ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğulayıb:

“Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək”.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib.

Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürüləcək.

İlk köçürülmə isə 10 ailə olacaq.

Ermənistan ordusu 1993-cü ilin 29 oktyabrında Zəngilan rayonunu ələ keçirib.

2020-ci ilin 20 noyabrında isə rayon Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri qaytarılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button