Now Reading:
Zərdabın başçısı Ucara göndərilir, sahibkarlardan pambıq pulu yığır – Təfərrüat

Zərdabın başçısı Ucara göndərilir, sahibkarlardan pambıq pulu yığır – Təfərrüat

“Biz Zərdab Rayonun İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevdən şikayətçiyik. Belə ki, Lütvəli Babayevin bir müddətdən sonra Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləcəyi barədə məlumatlar yayılıb.
Məlumatlara görə, o bu haqda yaxın ətrafına deyib. Buna görə də icra başçısı Zərdabdakı sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb. Adını da belə qoyub ki, guya pambıq əkilməsi üçün pul toplanılır”.
Bu sözləri bir qrup zərdablı iş adamı 24saat.org-a ünvanlanan şikayət məktubunda qeyd edib. Onların sözlərinə görə, L.Babayev rayondan gedə-getdə sahibkarları soymaqla məşğuldur.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasında olmuş və indi də sabiq nazirin qohumu Mənsur Məmmədovun rəhbəri olduğu Ucara başçı təyin ediləcəyi xəbəri yayılan L.Babayev sahibkarlardan pul qoparmağa çalışır.
Prezident dəfələrlə icra hakimlərinə xəbərdarlıq edib ki, iş adamlarını incitməyin, qeyri-qanuni tələblər irəli sürməyib. Üstəlik, pambıqçılığın inkişafına dövlət dəstəyi var və bu günlərdə prezident Saatlıda müşavirə də keçirmişdi. Bu müşavirədən sonra görünür ki, Zərdabın icra başçısı sahibkarların qəsdinə durub.
Şikayətçilər 24saat.org vasitəsi ilə ölkə rəhbərliyinə müraciət ediblər: “Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirik Lütvəli Babayevin barəsində tədbir görsünlər”.
Zərdab rayon sakinləri:

Qasımov Faiq Nəsir oğlu

Sadıqova Səmərrux Eldar qızı

Mehdiyeva Aybəniz Rafiq qızı

Əliyev Lətif Səhrab oğlu

Süleymanova Xədicə Məmməd qızı

Vəliyev Qurban Oruc oğlu

Input your search keywords and press Enter.