Xəbərlər

Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev noyabrın 3-də sərəncam imzalayıb. Sərəncamda onun Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərdiyi vurğulanır.

1923-cü ilin aprelində doğulan, 37 il öncə vəfat etmiş və oftalmologiya sahəsində bir sıra tədqiqatların müəllifi olan Z.Əliyeva Prezident İ.Əliyevin anasıdır.

Bu il İ.Əliyevin başqa bir sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. Keçmiş prezident H.Əliyev isə İ.Əliyevin atasıdır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  'Tərtər işi' üzrə 11 nəfər barəsində qərar ləğv olunub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button