2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Zədələnmiş sevgini qaytarmağı əsl kişilər bacarır…”

“Türkiyə Cumhuriyyəti ətrafında baş verənlərə qapı gözlüyündən baxmayın. Son 20 ili analiz edərək Atatürk dönəmini, Sarıqamış, Çanaqqala savaşlarının səbəblərini araşdırın. Qərb heç bir zaman güclü Türkiyəni sevmədi, onun tarixdə oynadığı rolu bəyənmədi, liderliyini qəbul etmədi. Osmanlı vaxtında belə ordusuna gücü çatmayanda, saraydaxili intriqalarla Türkiyəni çökdürməyə çalışdı”.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədova Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə münasibət bildirirəkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

 

G.Əhmədova Türkiyədə baş verənləri Qərbin siyasi oyunu kimi qiymətləndirib: 

“Bu gün Ərdoğanı sevmək və sevməmək olar. Amma bilmək lazımdır ki, bu, bir fərd deyil. Sibirdən başlayan bir ərazidə türklər liderdir. Bunu danan varmı? Türk əsgərinin savaş meydanında qarşısına çıxa bilməyənlər daha böyük silaha əl atdılar. Məhmətciyə olan böyük sevgini türklərin ürəyindən silməyə qalxdılar. Bu Qərbin istifadə etdiyi piar gedişdir. Bunu xilaskar sovet ordusuna qarşı istifadə etdilər və artıq 20 ildir ki, bu ordu özünü toparlaya bilmir. Əsas qorxu budur! Vətəndaşlarla ordu arasında olan səmimi telləri qırmaq, inciklik yaratmaq, ordu-vətəndaş məhəbbətinə ləkə salmaq…

İlk baxışda bacarmış kimi görünürlər, amma türk ideologiyası rus-slavyan ideologiyasından fərqlidir. Ərdoğan çevik siyasət yürüdə bilən siyasətçidir. Bir siyasi addımla Suriya əhalisinin kumirinə çevrilə bilib. Atacağı addımlar çox önəmlidir. Zədələnmiş sevgini qaytarmağı əsl kişilər bacarır. İnşaallah!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button