2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Zəlzələ zonasında ölü sayı 8 minə yaxınlaşır

Türkiyə və Suriyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artır. Artıq Türkiyədə 5 min 900, Suriyada isə azı 2 min nəfərin öldüyü açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmiləri ölü sayının 20 minə çata biləcəyi haqda xəbərdarlıq edib.

DST-nin hesablamasının görə, təbii fəlakət zonasında 23 milyona yaxın əhali yaşayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənubunda 10 vilayəti təbii fəlakət zonası, onların hər birində isə üç aylıq fövqəladə vəziyyət elan edib. Ərdoğan deyib ki, bu tədbirlər xilasedicilərin ziyan görmüş kəndlərə yetişməsini, onlara maliyyə yardımı çatdırmasını asanlaşdıracaq.

Suriyada güclü təkanlarda minlərlə ev dağılıb, Dəməşq və Latakya daxil olmaqla onlarla şəhər ziyan görüb. Bir neçə il öncəyədək ağır döyüşlərin getdiyi Hələbdə vəziyyət xüsusilə ağırdır. UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Fevralın 6-da Türkiyə və Suriyada doqquz saatlıq fasilə ilə iki zəlzələ baş verib. 7.8 bal gücündə birinci zəlzələnin episentri Türkiyənin Qaziantep, 7.5 bal gücündə ikincisinin episentri isə Kahramanmaraş olub.

Birinci zəlzələdən sonra yüzlərlə titrəyiş qeydə alınıb. Ən böyüyü 6.7 bal gücündə olub.

Türkiyədə 5 min 800-ə yaxıb bina dağılıb. Fəlakət zonalarına 28 min təhlükəsizlik əməkdaşı göndərilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib ki, fevralın 8-də hərəsi 80 nəfərdən ibarət iki xilasetmə komandası və 12 it Türkiyəyə çatacaq.

“Zamana qarşı yarış vaxtıdır. Hər keçən dəqiqə və saat salamat qalanların tapılma şanslarını azaldır”, – DST-nin Baş katibi Tedros Adhanom Gebreyesus deyib.

Ukrayna Türkiyəyə 87 nəfərlik axtarış-xilasetmə briqadası göndərəcəyini bildirib.

Ancaq hələlik, bəzi yerlərə xilasedicilərin gedib çıxmaması əhalinin qəzəbinə səbəb olub, sakinlər hakimiyyətin ləng və qeyri-adekvat reaksiya verdiyini deyirlər.

24 saat” “
Zəlzələ zonasında ölü sayı 8 minə yaxınlaşır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button