2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zəlzələnin Türkiyəyə vurduğu zərərlə bağlı proqnozlar

Ümumi zərər 84 milyard dollar civarında qiymətləndirilir

Türkiyədə 30 minə yaxın insanın həyatını itirdiyi zəlzələlər ölkə iqtisadiyyatına azı 84 milyard dollardan çox zərər vuracaq.

Son açıqlanan məlumata görə, bu, Türkiyədə ÜDM-in təxminən 10 faizini itirilməsi ilə nəticələnəcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Bloomberg” yazır ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaşayış binalarına təqribən 70,8 milyard dollar ziyan vuracağı və əlavə olaraq 10,4 milyard dollar milli gəlir itkisinə səbəb olacağı proqnozlaşdırılır.

İşçi qüvvəsi itkiləri: 2,9 milyard

“Turkonfed” kimi tanınan qrup, işçi qüvvəsinin itkilərinin Türkiyə iqtisadiyyatına 2,9 milyard dollara başa gələcəyini hesablayıb. Bir həftə öncə baş vermiş zəlzələlər Türkiyənin cənub-şərqindəki 10 şəhərə, eləcə də qonşu Suriyada 10 əyalət və 13,5 milyon insana ziyan vurub.

İstanbul zəlzələsinə istinadən zərər

“Turkonfed”in hesablamalarını 1999-cu ildə İstanbul yaxınlığında baş verən və təxminən 18.000 insanın ölümünə səbəb olan zəlzələlərə əsaslanaraq edib.

Son dağıntılar nəticəsində ölənlərin sayı 1999-cu il zəlzələsindən xeyli çox olub və minlərlə insan itkin düşüb.

Bu təxmin digər iqtisadçıların indiyə qədər hesabladıqlarından böyükdür. Baxmayaraq ki, bir çoxu, o cümlədən Britaniya bankı olan “Barclays Plc” tam təsiri qiymətləndirmək üçün hələ tez olduğunu vurğulayıb.

İlkin olaraq 5,3 milyard dollar

“Bloomberg Economics”in ilkin hesablamaları göstərdi ki, yenidənqurma səyləri də daxil olmaqla, fəlakətlə bağlı xərclər ÜDM-in təxminən 5,5 faizini təşkil edə bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan hökumətinin mənzilləri bir il ərzində tamamlayacağını və təbii fəlakətdən xilas olmaq üçün ilkin olaraq 100 milyard lirə (5,3 milyard dollar) ayrıldığını açıqlayıb.

“Hər 6 nəfərdən 1-i zəlzələdən təsirlənib”

İqtisadçı Qubad İbadoğlu deyir ki, 2022-ci ilin nəticələri üzərində hesablamalar təxminən 45,1 milyard dollar zərər olduğunu göstərir. Bu, hələ birbaşa ziyandır:

“Bununla yanaşı, zərərin tam miqyasını təsəvvür etmək üçün bəzi rəqəmləri də bölüşmək istəyirəm. Məsələn, Dünya Bankı Türkiyəyə xilasetmə və bərpa işləri üçün təcili qaydada 1.78 milyard dollar vəsait ayırıb. Zəlzələ 10 əyalətdə yaşayan 13,4 milyon əhaliyə ziyan vurub ki, bu da Türkiyə əhalisinin 16 faizi qədərdir. Deməli, Türkiyədə hər 6 nəfərdən 1-i zəlzələdən təsirlənib”.

“Bir müddət sonra türk lirəsinə təzyiq artacaq”

İqtisadçı bildirib ki, zəlzələ ərazisində 3,3 milyon ev təsərrüfatına ziyan dəyib, 6444 bina dağılıb.

2021-ci ildə zəlzələ ərazisi olan əyalətlərdə Türkiyənin ÜDM-nin 8,9 faizi, emal sənayesinin 9,4 faizi formalaşıb:

“Bundan əlavə, zəlzələdən sonra Türkiyədə işsizlik, yoxsulluq və inflyasiya göstəriciləri də xeyli pisləşəcək. Türkiyə iqtisadiyyatı tənəzzülə girəcək. İqtisadiyyatda gözlənilən böhran həmçinin bir müddətdən sonra türk lirəsinə təzyiqləri da artıracaq”.

“Qurban sayı 35-52 minə yüksələcək”

Qubad İbadoğlunun sözlərinə görə, zəlzələ qurbanlarının sayının 35-52 min nəfər arasında olacağı, yaralananların sayının isə 100 min nəfəri ötəcəyi barədə proqnozlar səsləndirilir.

Onun fikrincə, Türkiyənin ən böyük itkisi də elə budur:

“Heç şübhəsiz ki, bir müddətdən sonra başlayan bərpa işləri oranı indikindən də gözəl yaşayış məskənlərinə çevirəcək, amma insan itkilərini geri qaytaqmaq mümkün deyil”.

“Türkiyə iqtisadi artım tempi 2 faiz bənd azala bilər”

Azərbaycanlı deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, Türkiyədə artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr gedir.

Onun sözlərinə görə, aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən, evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir:

“İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər. Bununla yanaşı, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, Türkiyə bu sınaqdan da zəifləmədən çıxacaq. Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10.0 faizinin cəmləşdiyi coğrafiyadadır”.

“Budəfəki zəlzələ Türkiyənin nisbətən az sənayeləşmiş ərazisində baş verib”

Deputat qeyd edir ki, əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada baş vermişdisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edib:

“Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır”.

Nə baş verib?

Kahramanmaraşda fevralın 6-da birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adama, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb. Minlərlə ev dağılıb və dağıntılar altında insanlar qalıb.

Zəlzələ Suriyaya da təsir edib.

Burada da yüzlərlə ev dağılıb və 3 minədək insan həyatını itirib, tarixi abidələr zədə alıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button