2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zəngəzur dalanı: Paşinyan niyə tərslik edir?

“Regionda kommunikasiyaların açılmasında ən çox Ermənistan maraqlıdır. Azərbaycan və Türkiyənin bu yollara Ermənistandan çox ehtiyacı yoxdur. Onlar isə bu yolların açılmasının qiymətini şişirtməyə çalışırlar”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə Yuxarı Lars vasitəsilə yalnız bir quru əlaqəsi var. Bu yolun da həlli mümkün olmayan problemləri mövcuddur. “Buna görə də regionda kommunikasiyaların, xüsusilə də Ermənistan-Azərbaycan dəmir yolu və avtomobil yolunun açılması bizim AİB (Avrasiya İqtisadi Birliyi) və başqa istiqamətlərdə ticarətimizi əhəmiyyətli dərəcədə artıracaq”, – Paşinyan bildirib.

“Biz 30 ildir blokadadayıq və bu yollar Ermənistandan çox heç kimə, nə Azərbaycana, nə də Türkiyəyə lazım olmadığından, bizi hamıdan çox maraqlandırır.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə və Azərbaycan Ermənistanı 9 noyabr Üçtərəfli Bəyanatda yazılmayanları həyata keçirməyə məcbur etmək istəyirlər”, – deyə o, açıq şəkildə Zəngəzur dəhlizinə işarə edib.

Paşinyan bir daha bildirib ki, o, günü sabah “Ermənistan qanunvericiliyi çərçivəsində” yolu açmağa hazırdır.

Paşinyan özü də söyləyir ki, bu kommunikasiyalara ehtiyacı var. Sual da göz qabağındadır: axı, paralel dəmir yolları və avtomobil yolları olan potensial Zəngəzur dəhlizi elə Ermənistanın çox ehtiyac duyduğu kommunikasiyalardır. Bəs İrəvan nə üçün onların öz ərazisindən keçməsinə belə müqavimət göstərir? Axı bu Ermənistan üçün Rusiyaya (Azərbaycanın əsas ərazisindən keçməklə) daimi dəmir yolu marşrutu olacaq və üstəlik, İrana (Naxçıvandan keçməklə) dəmir yolu marşrutu açacaq. İrəvan niyə tərslik edir? Zəngəzur dəhlizinin eksterritoriallığı prinsipinə görə? Amma İrəvan Ermənistandan Laçın dəhlizinin girişində gömrük-sərhəd keçid məntəqəsinin quraşdırılmasının əleyhinə olmadığını bəyan etsə, bu problem də həll oluna bilər.

Tanınmış xarici politoloqlar Pressklub.az-ın suallarını cavablandırmağa razılıq veriblər.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze hesab edir ki, Ermənistan üçün bu nəqliyyat dəhlizlərinin əhəmiyyətini mütləqləşdirmək və hətta şişirtmək lazım deyil.

– Söhbət reallığın dərk edilməsindən gedir. Siyasət, iqtisadiyyat, ictimai rəy və s. ayrı-ayrılıqda mövcud olmur. Ermənistan cəmiyyətinin təsəvvüründə Azərbaycan və Türkiyə Ermənistanı məhv etmək istəyən düşmən dövlətlərdir. Bu, onilliklər ərzində erməni cəmiyyətinə aşılanıb və bunun üzərində bütöv bir nəsil yetişib. Amma hətta Maslou piramidasında da təhlükəsizlik rifahdan və hətta toxluqdan daha yüksəkdə durur. Bu mürəkkəb sualın sadə cavabı budur. Baxmayaraq ki, asan cavablar yoxdur.

Əslində isə sülh müqaviləsi olmadan, ölkələr və xalqlar arasında minimum etimadın bərpası olmadan iqtisadi fayda gətirən arqumentlərin həlledici rol oynaması ehtimalı azdır. Buna görə də sülh müqaviləsi bağlamaq çox vacibdir, bu, hər şeyə doğru ilk addımdır.

WeltTrends Beynəlxalq Siyasət İnstitutunun (Potsdam, Almaniya) professoru Alexander Rahr:

– Cənubi Qafqaz regionu üzərindən şaxələndirilmiş kommunikasiya marşrutlarının və tranzit infrastrukturunun tikintisi bütün iştirakçı ölkələrə, xüsusən də Ermənistana dividend gətirməlidir. Ermənistanın indiki təcriddən çıxması faydalıdır. Gələcəkdə Azərbaycandan keçməklə Türkiyə, Rusiya, İran və təbii ki, şərqə malların daşınması üçün açıq sərhədlərin olması da Ermənistan üçün faydalıdır. Bu, məntiqlidir, realdır. Çin özünün İpək Yolunu Qafqazdan keçməklə Avropaya aparır. Avropa Birliyi İpək Yolunu qərbdən şərqə doğru quracaq. Doğrudan da Ermənistanın bundan kənarda qalması faydalı olacaq?

Türkiyə ilə sərhədin açılması İrəvanın heç bir halda şimaldan cənuba oxşar nəqliyyat marşrutları qurmasına və Rusiya ilə İran arasında ticarət və enerji kommunikasiyaları mərkəzinə çevrilməsinə mane olmayacaq. Əminəm ki, bu kommunikasiya yollarının çəkilməsi ilə bağlı danışıqlar və razılaşmalar Qafqaz torpağına sülh gətirəcək.

Rauf Orucov

The post Zəngəzur dalanı: Paşinyan niyə tərslik edir? appeared first on 24 saat.

24 saat” “Zəngəzur dalanı: Paşinyan niyə tərslik edir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button