2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Zəngəzuru yalnız hərb yolu ilə qaytarmaq mümkündür…”

Fazil Mustafa: “Hazırkı şərtlərdə isə bu, mümkün deyil”

Rusiyanın Yekaterinburq sakini Yevgenil Syomin qlobal platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlıqlı petisiya yerləşdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, bu petisiya ilə bağlı keçirilən imzatoplama kampaniyası Zəngəzur və erməni işğalındakı digər qədim Azərbaycan torpaqlarının geri qaytarılması baxımından hər hansı önəm kəsb edirmi?

24saat.org-a açıqlama verən millət vəkili Fazil Mustafa bunun müəyyən önəm kəsb etdiyini vurğulasa da, nəticə etibari ilə hansısa dəyişikliyə səbəb olmayacağını qeyd etdi:

“Təbii ki, bu problemin aktuallaşması ökəmiz üçün əhəmiyyətlidir. Amma bu məsələnin indiki halda yalnız hərb yolu ilə həlli mümkündür. Bu isə hazırkı şərtlərə uyğun gəlmir. Çünki biz ilk növbədə öz torpaqlarımızı BMT-nin sərhədlərimizi tanıdığı hüdudlar çərçivəsində işğaldan azad etməliyik.

Zəngəzurun qaytarılması ilə bağl petisiya vətəndaş təşəbbüsündən başqa bir şey deyil və yaxşı mənada atılan bir addımdır. Amma bunun indiki şərtlərdə real nəticəsinin olacağını düşünmürm. Biz indiki halda Ermənistandan son dönəmlərdə işğal edilən torpaqları ala bilmirik. Rusiya Ermnistanı kifayət qədər dəstkləyir. Bu baxımdan da müəyyən problemlər yaşanmaqdadır”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button