2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zəngilan nəqliyyat-logistika mərkəzinə çevriləcək – İlham Əliyev

Bakı/21.10.21 Zəngilanda beynəlxalq hava limanı olacaq və bu şəhər Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu barədə dövlət başçısı İlham Əliyev oktyabrın 20-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

O, Zəngəzur dəhlizinin bu rayondan keçidyini deyərək, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu, həmçinin hava limanı tikildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, bu istəyə nail olunur.

“Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur”, deyə prezident qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Zəngilanda ekoloji vəziyyətə toxunan prezident Oxçuçayın “təbii fəlakət zonası” olduğunu qeyd edib. Erməni tərəfin çayı şirkləndirilməsi nəticəsində bu çayda analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. 

Prezident bu çayların təmizləyənəcəyini və burada dağ-mədən sənayesinin inkişaf edəcəyini söyləyib.

“Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik”, deyə dövlət başçısı vurğulayıb. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button