2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zərərçəkən təqsirləndirilən şəxsləri tanımayıb

Saytların yığılması Saytlarin yigilmasi
Akif Çovdarov
Akif Çovdarov.

“Akif Çovdarova pul verməmişəm”

Aprelin 3-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi, general Akif Çovdarov və nazirliyin digər əməkdaşlarının məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclas açıq keçirilib, ancaq jurnalistlər prosesə buraxılmayıb.

İclasdan sonra A. Çovdarovun vəkili Şahin Rəfiyev jurnalistlərə açıqlama verərək bildirib ki, “Real” MTK-nın hazırda həbsdə olan müdiri və iş üzrə zərərçəkmiş şəxs olan İlham Qasımov prosesə gətirilib. Lakin o, səhhətində problem olduğunu deyib və buna görə ifadə verməyib. İclasda İlham Qasımovun qardaşı İslam Qasımov ifadə verib. O, A. Çovdarova pul vermədiyini və təqsirləndirilən şəxsləri tanımadığını deyib. Şahid pulu başqa MTN əməkdaşlarına verdiyini bildirib. Onun sözlərinə görə, bir neçə saat MTN-də saxlanıldıqdan sonra buraxılıb.

Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Tahir Mirzəyev ifadə verib. T.Mirzəyev bildirib ki, onu MTN-ə aparıb gecə saat 22-yə qədər orada saxlayıblar, daha sonra sərbəst buraxıblar. O, hər hansı təzyiqə məruz qalmadığını deyib.

Məhkəmə iclası aprelin 5-də davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button