2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zərərçəkmiş: “Vidadi Rzayev Eldar Mahmudovla görüşüb məsələni həll edəcəklərini dedi”

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sahib Qurbanov ifadə verib.
S.Qurbanov bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar: “2015-ci ilin yanvar ayında MTN-in Xəzər rayon idarəsində Amil Yusifova məxsus siqaretlərin saxlanmasından sonra sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin idarəyə getmişəm. Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşmüşəm. Həmin vaxt Heydər İslamov mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirərək 40 min manat məbləğində pul tələb etdi. Mən də növbəti gün Heydər İslamova 40 min ABŞ dolları məbləğində pul verdim”.
S.Qurbanov ifadəsində qeyd edib ki, MTN-in Binəqədi rayon idarəsinin həyətində Heydər Hacıyev və Rafiq Səfərovla görüşüb: “Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər Hacıyevə əlavə pul verə bilməyəcəyimizi dedik. Bununla bağlı Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, general Vidadi Rzayevlə görüşdük. O, bu məsələni Eldar Mahmudovla görüşüb və həll edəcəklərini söylədi. Sonradan Vidadi Rzayev MTN-in Binəqədi rayon idarəsinə getdi və Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmamasını Rafiq Səfərovla 150 min manata razılaşdıq”.
Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.
Onu da əlavə edək ki, H.İslamov vəzifəsindən azad edilib. (Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button