2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Zərdab təhsili necə məhv edilir? – Korrupsiya İttihamı

Bir qrup Zərdab sakini təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevadan prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edib. Təhsil işçiləri olduqlarını bildirən rayon sakinləri şikayətin bir surətini də Az24saat.org-un redaksiyasına yollayıb. Şikayətçilər iddia edir ki, şöbə müdirinin korrupsiya əməlləri nəticəsində rayonun təhsil sahəsi iflic vəziyyətə düşüb:

“Zərdabın orta məktəblərində açıq-aşkar alver gedir. Zərdab şəhərindəki ümumi orta məktəbi 2010-cu ildə Kür çayının daşması nəticəsində su basdığına görə şagirdlər təhsillərini davam etdirmək üçün 2 saylı orta məktəbə köçürüldülər. Sel basdığı üçün yararsız vəziyyətə düşən həmin məktəbdə adı işdə gedən müəllimlərin maaşlarının yarsı, texniki işçilərin maaşlarının isə hamısı Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonun orta məktəblərində müəllimlərin əmək haqqından 30-40 manat pul tutulur, texniki işçilərdən isə 20 manat pul tutulur ki, bu külli miqdarda vəsait edir. Süpürgəçilərin maaşları 118 manat etsə də, 99 manat alırlar.

Lalə Əmirəliyevanın işi nəyin bahasına olur-olsun pul qazanmaqdır. Zərdab şəhər 1 nömrəli tam orta məktəb 3 ildir ki, təmir adı ilə bağlanılıb.. Həmin məktəbin də işçilərinin əmək haqqısının yarısı Lalə Əmirəliyeva tərəfindən mənimsənilir. Rayonda təhsilin səviyyəsi çox aşağıdır, davamiyyət yoxdur. Elə şagirdlər var ki, valideyinləri ilə Rusiyada yaşasalar da, onların adları dərsdə gedir. Rayon ərazisində məktəblərin əksəriyyəti uçuq-sökük vəziyyətdədir. Qazı olmayan, odunla isidilən məktəblərdə şagirdlərdən odun pulu yığılır. Odun doğrayan ştatı üçün aylıq maaş 160 manat etsə də, 110 manat verilir, 50 manat dizel yanacağı adı ilə Lalə Əmirəliyevaya çatır. Qəbul imtahanından keçid balını topalaya bilməyən müəllimlər daxili müqavilə ilə qanunsuz olaraq işə götürülür. Onların maaşlarının yarısı mənimsənilir. Bu hal şagirdlərin savadsızlığına gətirib çıxarır. Axı imtahandan keçməyən müəllim şagirdlərə necə təhsil verə bilər?”

Saytların yığılması Saytlarin yigilmasi

Sakinlər prezident və birinci vitse-prezidentdən Lalə Əmirəliyevanın əməllərinin ciddi araşdırılmasını xahiş edir.

Məsələ ilə bağlı Zərdab Rayon Təhsil şöbsinin rəsmi mövqeyini öyrənməyə çalışsaq da,
02029-6-60-60 nömrəli telefondan zənglərimizə cavab verən tapılmadı.

Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button