2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zərdüşt Əlizadə: ABŞ və Fransa Qarabağın Azərbaycana qayıtmasını istəmir

Zərdüşt Əlizadə: “Yeni formatda 5 rayon qaytarılır, Dağlıq Qarabağ aralıq statusu alır və rus ordusu gəlib Qarabağda oturur”

24 saat.org politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

– İran prezidentinin Həsən Ruhaninin Ermənistan səfərini necə qiymətləndirirsiniz?

– Normal səfərdir. İran öz qonşuları ilə xoş münasibət qurmağa çalışır. İran Azərbaycanla da, Ermənistanla da xoş münasibətlər qurub, hər iki tərəflə əməkdaşlıq edir.
Mən sizə bir sual verim: təsəvvür edin ki, qərb və xaçpərəst dünyasının gözündə islam quruluşunda olan İran elan edir ki, Ermənistanı tanımır və bu ölkənin hücumlarını özü dəf etməyə hazırdır. Bu halda qərb dünyasının reaksiyası necə olacaqdı? Bütün qərb dünyası açıq-aşkar Ermənistanı müdafiə edəcək, ona açıq maliyyə, hərbi və siyasi dəstək verəcəkdi. Bu bizə xeyirdirmi? Amma İran dedi ki, mən Ermənistanı tanıyıram, əməkdaşlıq qururam. Beləcə “Qarabağ məsələsi müsəlman-xaçpərəst qarşıdurmasıdır” yalanı boşa çıxdı. İslamın rəmzi olan İranın Ermənistanla gözəl münasibətləri var. Qarabağ münaqişəsinin isə yalnız etnik ərazi münaqişəsi olduğu ortadadır. Yəni qərb dünyasının əlində olan bir kartı İran siyasəti onun əlindən aldı. Bu da, fikrimcə bizə xeyirdir. Onsuzda bizim adımız bədnamdır. Üstəlik bizə islami dövlət yarlığı yapışdırmaq kifayət idi ki, daha çox uduzaq.

 

İranın Ermənistanla hərbi əməkdaşlıq ehtimalları narahatedici deyilmi?

– Söhbət hərbi dəstəkdən gedirsə, Ermənistana hərbi dəstəyi Rusiya göstərir. Bizim də Rusiya ilə münasibətlərimiz normaldır. Bu əsas vermir ki, Rusiyaya düşmən olaq. Rusiya Ermənistana silahı müftə, bizə isə pulla satır. Bu daha çox pulu olan müştərini şirnikləşdirmək üçün pulu olmayan düşməninə silahı pulsuz verir.
Mən deyirəm ki, İran Ermənistan münasibətlərinin normal olması Qarabağ münaqişəsinin həllinə müsbət təsir edir. Qarabağ münaqişəsinin həllinin 100 faizinin 1 faizi İran-Ermənistan münasibətlərindən asılıdır. 20 faizi Rusiyanın dəstəyindən asılıdır. 79 faizi isə Ermənistan və Azərbaycandan asılıdır. Ancaq iş ondadır ki, bu ölkələrin siyasi rəhbərliyi də münaqişənin həlli üçün tələb olunan addımları atmır.

 

– Konkret olaraq Azərbaycandan nə asılıdır?

– Azərbaycanın hörmətini artıran üsul-idarə, xalqın hökumətlə birləşdirən ədalətli siyasət və barış potensialı. Görün dünyada nə qədər münaqişələr barış potensialı hesabına həll edilib. Bizdə cəmi bir tədbir keçirdilər, 3 nəfər ermənini gətirib Bakıda QHT toplantısında iştirakını təmin etdilər. Nəticədə Ermənistan ictimai rəyi vəl-vəlvələyə düşdü. Bunu niyə əvvəllər etmirdilər? Ancaq bizim televiziyalar erməniləri söyür, ədəbiyyatımız onları ittiham edir. Erməni xalqının nə günahı var? Onlar da bizim kimi Rusiyanın imperiya oyununda qurbanlıq quzudur. Başlarını gicəlləndirib, qulaqlarını doldurublar və istifadə edirlər. Bu sadə həqiqəti anlamaq çətin deyil.

 

– Əgər söhbət xalq diplomatiyasından gedirsə, siz bu təşəbbüsü uzun illər öncə irəli sürürdünüz…

– Bəli. Əsasən Arzu Abdullayeva və onun dostları bu təklifi irəli sürürdü. O zaman bununla bağlı bizdə barışmaz mövqe tutulurdu. İndi çox yaxşı ki, bunu anlayırlar. Biz buna çox sevinirik. Bizim təşəbbüsümüzü unutsunlar, özləri irəli gedib iş görsünlər. Münaqişə qurtarmayana qədər bölgədə nicat olmayacaq.

 

– Levon Terpetrosiyanın son çıxışında yeni təkliflər görürsünüzmü, sizcə, Terpetrosiyanın məlum çıxışı erməni xalqının oyanışının göstəricisidir?

– Yox, erməni xalqı hələ yatıb. Sadəcə Rusiya-Azərbaycan və Ermənistan rəhbərliyi məncə münaqişənin formatını dəyişmək istəyir. Fikrimcə, yeni formatda 5 rayon qaytarılır, Dağlıq Qarabağ aralıq statusu alır, rus ordusu gəlib Qarabağda oturur. Aprel müharibəsindən əvvəl Azərbaycan və Ermənistan deyirdi ki, rus ordusunun Qarabağa gəlməsini istəmirlər. Rus ordusunun gəlməsi o deməkdir ki, Azərbaycan və Ermənistan beynəlxalq səviyyədə əhəmiyyətini itirir. Məhz bu münaqişəyə görə, bu ölkələri sayır, tanıyırlar. Rus ordusu Qarabağda otursa hamı biləcək ki, burada rus oturub. Tərəflər bunu başa düşür və istəmirdi. Nəticədə Rusiya aprel müharibəsinə müəyyən qədər göz yumdu, nəticədə Ermənistanda böyük sarsıntı yarandı. Buna qədər ermənilər düşünürdülər ki, Qarabağ bizimdir və bu həll edilmiş məsələdir. Ancaq aprel hadisəsi, ondan sonrakı aktiv diplomatik təmaslar göstərdi ki, hər şey erməni tərəfinin düşündüyü kimi deyil.
Baxın, aprel müharibəsindən sonra Serk Sarksyan birinci Terpetrosiyanın evinə getdi. Oturub müzakirələr apardı. Dedilər ki, Rusiya qoşunlarını ora gətirməyi tələb edir və biz buna yox deyə bilmərik. Erməni cəmiyyəti bunu da hələlik qəbul etmir, biz necə cəmiyyətə deyək ki, güzəştlərə gedə, mərhələli planı qəbul edə bilərik. Sarksiyan L. Terpetrosiyana dedi ki, mənim siyasi gələcəyim var, sənin siyasi perspektivin keçmişdə qaldı, sən bir 1998-ci ildə bu haqda danışdın, səni aşırdılar, gəl bir də bu haqda danış. Terpetrosiyanda dedi ki, ara sakitləşsin, bu haqda danışar. Etirazlar səngidi və bunun üzərindən 9 ay keçdikdən sonra Terpetrosiyan dedi ki, ay camaat güzəştli sülhə razılaşmaq lazımdır, biz 18 il gözləsək daha pis olacaq. Əlavə etdi ki, gəlin Sarksiyana dəstək verək, elə edək ki, danışıqlarda güclü prezident olsun. Yəni Levon açıq-aydın bütün siyasi qüvvələri Serksiyanı dəstəkləməyə dəvət etdi. Sarksiyan da böyük ehtimalla bildirib ki, əgər ona dəstək verilsə gələcək parlament seçkilərində Çiçəklənən Ermənistan Partiyasına deyil, Erməni Milli Konqresinə çox yer ayırar.

 

– Yaxın gələcəkdə Rusiya hərbi qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı kontingent adı altında yerləşdirilməsi ehtimalı nə dərəcədə mümkün ola bilər?

– Məncə, bu xeyli ciddidir. Əgər gəlsə Qarabağ çönüb olur Göyçə və Zəngəzurun taleyi.

 

– Sizcə, indi əsas oyun bunun üzərində gedir?

– Bəli. Baş verənlər göstərir ki, Rusiyanın münaqişə bölgəsinə təsiri güclüdür. Ancaq Moskva bu təsiri daha da gücləndirmək istəyir. Istəyir öz qoşunu gəlsin. Əslində Abxaziyada və Osetiyada rus qoşunu var idi. Sonda necə oldu? Vəziyyət bir balaca Rusiyanın xoşuna gəlməyən kimi bu münaqişə ocaqlarını müstəqil elan etdi. Qarabağ məsələsi isə daha mürəkkəbdir. Açıq demək lazımdır ki, ABŞ və Fransa Qarabağın Azərbaycana qayıtmasını istəmir. Birinci Dünya müharibəsindən sonra Türkiyənin üçdə birini kəsib Ermənistana vermişdilər. Mustafa Kamal ayağa qalxıb milləti səfərbər etməsəydi, Rusiyadan dəstək alıb işğalçı ordunu əzməsəydi bəlkə də indi Türkiyənin ərazisinin yarısından azı qalmışdı. Amma Mustafa Kamal Türkiyəni xilas etdi. Lakin belə planlar hələ dayanmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button