2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zərgərlik məmulatlarına güzəştlər edilib

Vergi Məcəlləsinə dəyişiklik edilib. Zərgərlik məmulatları aksiz, avadanlıqları əlavə dəyər vergisindən azad olunub.

Bununla bağlı prezident İlham Əliyev martın 9-da fərman imzalayıb. Həmin fərmanla ölkəyə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik, digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış, bərkidilmiş almaz bu il yanvarın 1-dən 3 il aksiz vergisindən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Fərmana görə, qızıldan, gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı, emalı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı da 3 il əlavə dəyər vergisindən azad olunub.

İqtisadçı rəyləri

Amma bütün bunları bəzi iqtisadçılar tənqidlər qarşılayıblar. Onların fikrincə, dünyanın hər yerində lüks seqmentə aid mallara daha çox vergi, rüsum tətbiq edirlər. “Məntiqi də çox sadədir – bunlar gündəlik tələbat malları deyil, lüks seqmentə aid mallar, məsələn, daş-qaş, qızıl, yaxta, şəxsi təyyarə, brend saatlar, lüks maşınlar alanlar varlı insanlardır, deməli, daha çox vergi-rüsum ödəyə bilərlər”, – onlar qeyd ediblər.

Belə iqtisadçılar hesab edir ki, ölkədə istehsalı olmayan dərmanlara, uşaq yeməklərinə, geyimlərinə, əngəlli insanlar üçün lazım olan avadanlıqlara, ekoloji məsələyə görə elektrik mühərrikli avtomobillərə güzəşt edilməlidir.

24 saat” “Zərgərlik məmulatlarına güzəştlər edilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button