2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Z.Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb

Bakı/19.01.22 Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, saxlanılan iki nəfərdir. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı cinayət işi başlanb və bu barədə DİN məlumat yayacaq.

DİN rəsmisi əlavə edib ki, heykəlin müəllifi, heykəltəraş Xanlar Əhmədov hadisə yerinə dəvət edilib və abidədən qoparılmış detal yerinə qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

E.Hacıyev deyib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı dünən, yanvarın 18-də olub. Abidə Bakı metrosunun “İşərişəhər” stansiyasının yaxınlığında qoyulub. -05B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button