Loading...
Loading...
Xəbərlər

Z.Tağıyevin heykəlini zədələyən şəxslər 2 ay müddətinə həbs edilib

Bakı/25.01.21 Bakı metrosunun “İşərişəhər” stansiyasının yaxınlığında açılışı olan xeyriyyəçi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin heykəlinin zədələnməsi faktı ilə əlaqədar saxlanılan 2 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək. -16D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button