2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zabux sakini hakimiyyətin xəbərdarlığına rəğmən, öz evini yandırıb

Kavkazski uzelin materialı

Müxalifət hərəkatının lideri etiraz aksiyalarının anonsunu verib

Dağlıq Qarabağ hakimiyyətinin köçərkən şəxsi mülkünü yandırmamaq və məhv etməmək xəbərdarlığına rəğmən, Zabux (ermənilər Axavno adlandırır) kənd sakini öz evini yandırıb və bu olayı videoya çəkərək sosial şəbəkəyə yerləşdirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Mənim hüququm” müxalifət hərəkatının lideri Artur Osipyan Laçın (Berdzor ) və Zabux sakinlərinə dəstək olaraq keçiriləcək etiraz aksiyalarının anonsunu verib.

«Kavkazski uzel»in yazdığı kimi, avqustun 5-i Dağlıq Qarabağ ərazi idarəsi və infrastrukturu naziri Zabux (Axavno) və Laçın (Berdzor) sakinləri ilə görüşüb və xəbər verib ki, onlar avqustun 25-dək öz evlərini tərk etməlidirlər. Belə ki, Laçın dəhlizi Azərbaycana veriləcək. Bu görüşdən sonra Zabux kənd sakinləri köçün əleyhinə çıxıb və kəndin yaşayış məntəqəsindən 1200 metr aralıda yerləşən yeni nəqliyyat dəhlizi zonasına daxil olunmasını tələb edib. Dəhlizdəki icma sakinləri hələ də köçə qarşı çıxır və onun ləğv olunacağına ümid bəsləyirlər. Onlar həmçinin söyləyirlər ki, əgər köçməzdən əvvəl evlərini yandırar və ya mülklərinə başqa cür ziyan vurarlarsa, kompensasiya almayacaqları ilə hədələniblər.

Əliyev-Paşinyan-Putin razılaşmasına görə, Azərbaycan Laçın rayonu ərazisi üzərində nəzarəti əldə edib. Laçının Azərbaycanın nəzarəti altına keçməsi 2020-ci ildə Dağlıq Qarabağdan Ermənistana alternativ yolun yoxluğu səbəbilə təxirə salınıb. İyun ayında Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib ki, yolun Azərbaycan hissəsini tikintisini bu il bitirmək planlaşdırılıb, bu günsə elan edib ki, yolun inşası başa çatıb. Ermənistan hakimiyyəti daha əvvəl bəyan edib ki, yolun Ermənistan tərəfinin tikintisi hələ avqust ayında başlayacaq.

Avqustun 14-ü sosial şəbəkədə yayılan videoçarxda gənc adam Axavno (Zabux) kənd sakini olduğunu və təxliyə edilmək məcburiyyətində qaldığını söyləyir. Daha sonra hökumətin onun evini “Azərbaycan tərəfinə satmasının qəti əleyhinə olduğunu” deyir və mülkünü yandırır.

Videonun müəllifi kameraya söyləyir ki, hazırda qardaşı ilə birgə 28 ildir böyüyüb-başa çatdığı evdədir və bundan belə də orada onun oğlu yaşamalıdır. “Bir azdan öz evimi yandıracağım üçün ciyərim parçalanır”, – o bəyan edərək, mlkünü başqasına qoymaq istəmədiyini əlavə edir.

«Hakimiyyət bizi evlərimizi yandıracağımız təqdirdə kompensasiya verməyəcəyi ilə hədələyir. Bu dünyada heç kəs mənə doğmalarımın qanı töküldüyü bu müqəddəs torpaqları əvəz etməyə qadir deyil. Mən nə öz evimi, nə öz ailəmi, nə də öz Vətəmini satmıram”, – “Kavkazski uzel” gənc adamın sözlərini tərcümə edib.

Zabux kənd sakini «Kavkazski uzel»in müxbirinə anonim olaraq xəbər verib ki, videonun qəhrəmanının adı Aramdır. “Mən onun hərəkətini qətiyyətlə dəstəkləyirəm”, – kənd sakini deyib.

«Təəssüf ki, hakimiyyətimiz bizi bu kompensasiya və sertifikatlarla şantaj edir. Amma mən hesab edirəm ki, biz düşmənə heç nə qoymamalıyıq. Bütün evlər yandırılmalıdır, kəndsə kül şəklində təhvil verilməlidir”, – kişi deyib.

«Kənddə heç kəs Aramın bu cür hərəkət edəcəyini bilmirdi. Lakin hamı onu başa düşür. Çünki 44 günlük müharibə zamanı o, atası, qardaşları, bir sözlə, nəslinin bütün kişiləri döyüşüb və onların arasında həlak olanlar var”, – kənd sakini əlavə edib.

O qeyd edib ki, «bu, hələ ki ilk yandırılan evdir, amma digərləri də ola bilər, çünki adamlar qəzəbdən zəncir çeynəyirlər. “Rusiyalı sülhməramlılar bizə deyirlər ki, avqustun 17-si dəhlizi tərk edəcəklər. Hökumətimizsə 25 avqustdan dəm vurur. Heç bilmirik kimə inanaq. Üstəlik deyirlər ki, bir neçə gündən sonra elektriki kəsəcəklər, hərçənd rayon hakimiyyəti bu barədə susur. Biz dörd bir tərəfdən tələyə düşmüşük. Özü də düşdüyümüz vəziyyətin əsas günahkarı elə özümüzünkülərdir, Ermənistan hakimiyyətidir. Onlar öz xalqını müdafiə etmək əvəzinə düşmənin nazı ilə oynayırlar və şəxsi mənfəətlərini güdürlər”, – kənd sakini söyləyir.

Bununla yanaşı, Dağlıq Qarabağ müxalifəti Zabux (Axavno) və Laçın (Berdzor) sakinlərinin hüquqları uğrunda mübarizəyə başlayıb.

«Mənim hüququm» hərəkatının liderlərindən biri Artur Osipyan bəyan edib ki, Azərbaycanın olayları sürtləndirməsində və dəhlizin yarım ildən sonra deyil, avqustun 25-i onun nəzarəti altına keçməsinə nail olmasında kimin günahkar olduğunu mütləq müəyyənləşdirmək lazımdır.

Osipyan «arzu edənləri Vətən uğrunda mübarizə aparmaq üçün birləşməyə və bir neçə gündən sonra etiraz aksiyalarına başlamağa, həmin mitinqlərdə Berdzor və Axavno sakinlərinin təhlükəsiz həyat naminə hüquqlarının qorunması məqsədilə 2020-ci il noyabrın 9-u bağlanmış sazişə əməl edilməsinin tələb olunmasına çağırıb”.

«Tələblər Rusiyanın sülhməramlı kontingentinə, Ermənistan hakimiyyətinə münasibətdə irəli sürüləcək. Daha bir tələb Dağlıq Qarabağ dövlət naziri və XİN rəhbərinin istedası ilə bağlı olacaq. Belə ki, bu şəxslər öz səriştəsiz deyimləri ilə insanları dünya dəstəyindən məhrum edib”, – Osipyan deyib.

O, «Kavkazski uzel»in müxbirinə «uyğun işlərin aparıldığını, az əvvəl sadaladığı tələbləri irəli sürən aksiyaların yaxın günlərdə başlayacağını» xəbər verib.

Qarabağ azadlıq hərəkatının fəal üzvü Qagik Avanesyan «Kavkazski uzel»in müxbirinə söyləyib ki, «erməni ictimaiyyəti reallığa adekvat şəkildə baxmalı, bərpa olunmaq üçün həqiqi istək nümayiş etdirməli və konkret hərəkətə keçməlidir».

Zabuxda 200-dən artıq adam və ya 57 ailə, Laçında 200-dək insan və ya 50 ailə yaşayır, nerkin Susa isə 2020-ci ildə baş vermiş müharibədən sonra daimi yaşayış üçün heç kəs gəlməyib.

Sosioloq və politoloq David Karabekyan hesab edir ki, ərazilərin verilməsi və Berdzor (Laçın), Axavno (Zabux) və Sus sakinlərinin köçürülməsinə qarşı etirazlar anlaşılandır.

«Birincisi, əgər Arsax (Dağlıq Qarabağ) hakimiyyəti Berdzorun (Laçının) yanından ötüb keçən alternativ yolun tikintisi ilə razılaşsa belə, Arsax (Dağlıq Qarabağ) parlamentindən xəbərsiz qəbul edilmiş bu saziş həqiqi Konstitusiyanı pozur və onun heç bir hüquqi qüvvəsi yoxdur. Eynilə o ərazilərdə yaşayan insanların köçürülməsi barədə razılaşmanı tanımaq lazım deyil. İkincisi, Azərbaycan KİV-i yazır ki, erməni tərəfini sülhməramlılar vasitəsilə dolama yolun tikintisi barədə xəbərdar edib. Onlar, şübhəsiz ki, eyni manera ilə RF-yə də məlumat veriblər. Lakin işin bu cür aparılması – sülhməramlılar vasitəsilə xəbərdarlıq – nə dərəcədə həqiqi və qanunidir? Üçüncüsü, yerli məmurların yersiz çərənləmələri və yaşayış yerləri ilə bağlı kompensasiya söhbətləri, alternativ evlərin təqdim ediləcəyi vədləri həmçinin qəbuledilməzdir. Hətta əgər Moskva və Bakı Yerevana təzyiq göstərsə belə, əgər kimsə Berdzor (Laçın) dəhlizinin təhvil verilməsi barədə sazişin nəticələrini qəbul edərək, səssiz-səmirsiz satılıbsa belə, biz məsələlərin analoji şəkildə çözülməsi presedentini yaradırıq. Öz Konstitusiyamızdan imtina edirik və faktiki olaraq, prezidentin və Təhlükəsizlik Şurasının milli maraqlarımızı satdığını boynumuza alırıq”, – Karabekyan “Kavkazski uzel”in müxbirinə söyləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button