2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zahid Oruc Elman Rüstəmovu “vurdu”

“Burada hamımız siyasi mövqe və hökumət olaraq bir komandanın üzvüyük. İnanmıram ki, burada çıxış edənlər populizm və özünü göstərmək üçün çıxış edir. Əgər ciddi problemlər varsa, bunları açıq deməliyik”.

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Zahid Oruc 2017-ci il dövlət büdcəsi layihəsinin komitələrin birgə iclasında müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev milyardlarla dolları mənimsəməsəydi, bank sektoru və ölkənin iqtisadi durumu bu vəziyyətə gəlməzdi:
“Cahangir Hacıyev 10 milyardan artıq məbləği mənimsədi. Halbuki, o məbləğlə bank sektorunu ayağa qaldıra bilərik. Hökumət qeyri-populyar qərarlar qəbul edir. Dünyanın hər yerində hökumətlərin belə addımları var. Amma hökumət üzvləri əhalidə olan inamı itirməməyi bacarmalıdır. Hökumət üzvləri, məmurların bütün sahələrdə ekranlara çıxmaq sayı kəskin azalıb. Sanki müəyyən təxribatlar baş verməkdədir. Amma cənab prezident bu gün ölkəni bir çox təhdidlərdən qorumaqla məşğuldur”.
Z.Oruc xüsusi vurğulayıb ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu bu ilin 22 fevralından mavi ekranlarda görmür: “22 fevraldan bu günə qədər hörmətli Elman Rüstəmovu ekranlarda görmürük. Bəli, bu gün nəhayət ki, burdadır. Manat-dollar məsələsi ilə bağlı hər gün dəyişən durum əhaliyə düzgün izah olunmalıdır. Xalqın da mental xüsusiyəti belədir ki, manatın kursu düzəlməyincə, yastıq altında olanları da çıxarmayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button