2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zahidovlarla bağlı qərar dalana dirənib

Bu gün Sumqayıt Apellyasiya məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru və Turan TV-nin təsisçisi Qənimət Zahidin narkotik ittihamı ilə ilə həbsə atılan qohumları ilə bağlı yekun qərar elan olunmalı idi. Ötən ilin dekabrın 21-də keçirilən prosesdə vəkillər çıxış edərək işə bəraətverici əsaslarla xitam verilməsini məhkəmə tərkibindən xahiş etmişdi. Mühakimə olunan Rövşən Zayidov ( Qənimət Zahidin əmisi oğlu) və Rüfət Zayidov (Qənimət Zahidin qardaşı oğlu) vəkillərin çıxışı ilə razı olduqlarını bildirərək günahsız oıduqlarını bildirmişdi. Hakimlər son qərarı dekabrın 28-də elan edəcəklərini bildirsə də, həmin gün qərarı elan etməkdə çətinlik çəkdiklərini bildirib prosesi cari ilin yanvarın 18-də bitirəcəkləri barədə məlumat vermişdi. Amma bu günkü prosesdə sədrlik edən hakim Hüseyn Nəbiyev son qərar üçün müddəti daha bir ay uzadaraq fevralın 17-də son qərarın elan ediləcəyini bildirdi.

Xatırladaq ki, Rövşən və Rüfət Zayidovlar 2016-cı ilin iyul ayında həbs olunub. Onlar satış məqsədi ilə külli miqdarda narkotik maddənin saxlanılmasında ittiham olunaraq Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan mərhumetmə cəzası ilə cəzalandırılıb. Hər ikisi ittihamı qəbul etməyərək həbslərinin Qənimət Zahidin hakimiyyət əleyhinə tənqidi fikirlər söylədiyinə görə ona təzyiq vasitəsi kimi baş verildiyini bildirib. Apellyasiya məhkəməsi gedən müddətdə Emin Millinin qaynı və Günel Mövludun qardaşlarının həbsdən azad olma təcrübəsinə əsaslanan Zayidovlar da yaxın qohumları Qənimət Zahiddən imtina etdikləri barədə açıqlama veriblər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button