Now Reading:
Zakir Fərəcov “kassa”sını müavin təyin etdi

Sumqayıtın icra başçısı Zakir Fəcərov özünə yeni müavin təyin edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Fəzail Ağalar oğlu Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Sumqayıt şəhər İcra hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb. (Modern.az)
24saat.org qeyd edir ki, Fəzail Hüseynov indiyədək Sumqayıt şəhər İcra hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışsa da, əslində, qeyri-rəsmi olaraq icra başçısı müavinlərinin hamısından üstün səlahiyyətə malik olub. Belə ki, Simqaıtdakı bütün tikinti və əmlak məsələlərini kurasiya edən F.Hüseynov Zakir Fərəcov icra başçısı təyin ediləndən bəri onun “kassa”sı funksiyasını yerinə yetirib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.