2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Zakir Fərəcova qarşı kampaniya, yoxsa?

 

Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəhərin dənizkənarı parkında apardığı təmir işlərinin prezident İlham Əliyev tərəfindən bəyənimədiyi iddia olunur. Sumqayıtda yayılan məlumatlara görə, bu günlərdə dənizkənarı parkda açılış olmalıymış. Lakin ölkə başçısı açılışa gəlməmişdən əvvəl köməkçilərindən birini sözügedən şəhərə ezam edərək görülən işlər barədə hesbat hazırlamağı tapşırıb. İddia olunur ki, prezidentin nümayəndəsi dənizkənarı parkda aparılan abadlıq quruculuq işlərini bəyənməyib və görülən işlər barədə ölkə başçısına mənfi rəy təqdim edib.

Bu ərəfədə ölkə başçısının Sumqayıta səfərinin planlaşdırılmadığı barədə məlumat əldə etsək də, Sumqayıtda aparılan abadlıq-quruculuq işləri ilə tanış olmaq məqsədiylə şəhərə hansısa dövlət məmurunun gəlib-gəlmədiyini dəqiqləşdirə bilmədik. Bir çox dairələr belə bir yoxlamanın mümkün olduğunu iddia edirlər. Hər halda, Sumqayıt əhalisi arasında da yayılan söz-söhbətlər “od olmayan yerdən tüstü çıxmaz” məsələni yada salır.

Saytların yığılması Saytlarin yigilmasi

Əgər yayılan söz-söhbətlər doğrudursa, o zaman Zakir Fərəcova qarşı haqsılız edildiyini əminliklə söyləmək olar. Çünki icra başçısının dənizkənarı parkda gördüyü işləri müsbət qiymətləndirməmək mümkün deyil. Biz bu layihənin şəffaf qaydada həyata keçirildiyini iddia etmək niyyətindən uzağıq. Ola bilər ki, hansısa neqativ hallar var.

Lakin aparılan abadlıq işlərinə irad tutmaq çətindir. Zakir Fərəcovdan əvvəlki icra başçılarının dövrünə nisbətən dənizkənarı parkın vəziyyəti indi müsbətə doğru xeyli dəyişib.

Bu baxımdan şəhərdə yayılan “bəyənilmədi” iddiaları bir qədər təəccüb doğurur.

Bəzi ehtimallara görə, məlumatı Zakir Fərəcovun rəqibləri məqsədli şəkildə yayıb.

Məlumat üçün deyək ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunandan sonra şəhərin bəzi oliqarxları ilə üz-üzə gəlməli olub. Bundan başqa Zakir Fərəcovla Binədqədinin icra başçısı Xaləddin İsgəndərovla da problemləri var.

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button