Now Reading:
Zakir Həsənov Ərdoğanla görüşdü

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Türkiyə prezidentinin rəsmi saytının yaydığı məlumata görə, görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib.

O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. (Report)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.