Now Reading:
Zakir Həsənov Türkiyə səfiri ilə görüşdü

Fevralın 7-də Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin ordu nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.