Gündəm

Zakir Həsənov Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi ilə cəbhədəki vəziyyəti müzakirə edib

zakir-ismetTürkiyəAzərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, həmçinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonla müzakirə edib.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb, Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

//APA

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button