2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. ANS PRESS-in məlumatın görə, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə qarşı tərəflə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi
Zakir Həsənov cəbhə xəttində

Zakir Həsənov cəbhə xəttində
Zakir Həsənov səngərdə

Zakir Həsənov səngərdə
Zakir Həsənov qoşunların təmas xəttində

Zakir Həsənov qoşunların təmas xəttində

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button