2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Zakir Həsənov operativ-taktiki təlimlərin döyüş atışlı mərhələsini izləyib

Cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin idarəetmə orqanları, birlik, birləşmə, habelə hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərin döyüş atışlı mərhələsi keçirilib.

Təlimlərdə əsas məqsəd birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasıdır.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-a yaxın hərbi aviasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda məntəqəsində olub, birlik, birləşmə, hərbi hissə komandirlərinə, eləcə də qərargah rəislərinə təlimin ssenarisinə uyğun göstəriləcək fəaliyyətlərlə bağlı tapşırıqlar verib və məruzələri dinləyib.

Sonra döyüş atışlı taktiki fəaliyyətlər mərhələsi başlayıb. Təlimə uyğun olaraq siqnal minaları ilə şərti düşmənin və Azərbaycan silahlı bölmələrinin ön xətti nümayiş etdirilib. Təlimdə hücum əməliyyatının qərarına uyğun olaraq, hücumun atəş hazırlığı üç atəş basqını üzrə planlaşdırılıb. Birinci atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan sistemlər batareyası və digər artilleriya divizionları və batareyaları iştirak edib. İkinci atəş basqını ordu və cəbhə aviasiyasının vasitəsilə yerinə yetirilib və bu atəş basqınında Silahlı Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş helikopterləri iştirak edib. Üçüncü atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və reaktiv artilleriya divizionları təlimlərə qoşulub. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button