2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zakir Həsənov tapşırıq verdi

Mayın 31-də Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Zakir Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib… Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb”, – məlumatda bildirilir.

Son həftələr…

Son həftələr Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan Silahlı Qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə girib. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.

Ermənistan tərəfi iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb.

Azərbaycan Müdafiə Nazirliyi daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb. Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir. Mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan ərazisini atəşə tutmaları barədə Azərbaycan tərəfinin açıqlamasını təkzib edərək bildirib ki, belə bir hal baş verməyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Zakir Həsənov tapşırıq verdi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button