2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zakir Nuriyev: Vacib olan bankların sayı yox, göstərdikləri xidmətdir

“Qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq”

Saytların yığılması Saytlarin yigilmasi

“Bank sektorunda konsolidasiya prosesi davam edəcək”, – Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev belə deyib. Məlumatı APA yayıb.

“Bu günlərdə iki bank birləşdi. İki bankın səhmdarları özlərində güc tapıb bu qərarı verib. Bu addım digər banklara nümunə olmalıdır. Biz qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq”, – deyə Zakir Nuriyev qeyd edib.

O, bankların sayının yox, göstərdikləri xidmətin vacib olduğunu vurğulayıb.

Aprelin 18-də “AtaBank” ASC və “Caspian Development Bank” ASC (“CDB Bank”) razılaşmaya gəldilər. Bununla da iki bank birləşdi.

“CDB Bank” ASC-nin yenidən təşkil şəklində ləğv edilərək “AtaBank” ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

“AtaBank” və “CDB Bank” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button