2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Zakir Qaralov şəhid atasını niyə qəbul etmir?

83 yaşlı Əli Hüseynovun adı qəbul siyahısından silinibmiş

“Qanunu sevməli və hörmət etməli olan cənab Baş prokuror, nə üçün 8 aydır ki, şəhid atasının əsaslı şikayəti Yasamal Rayon Prokurorluğunda araşdırılmamış qalıb? Çünki ədalətsiz prokurorlar Azərbaycan qanunlarına və şəhid atasına hörmətsizlik edərək öz qanunun aliliyini deyil, öz maraqlarını üstün tuturlar”. Bu sözlər Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovun Baş prokuror Zakir Qaralova ünvanladığı müraciətdəndir. Şəhid atası bu müraciətin bir suarətini KİV-ə, o cümlədən “Azadlıq” qəzetinə göndərib.

Şəhid atası daha sonra yazır: “Cənab Baş prokuror, mən sizə 83 yaşlı bir ağsaqqal və şəhid atası kimi sual verirəm: Türkiyədə, İranda və digər ölkələrdə övladı Vətən uğrunda ölən bir atanın süründürməçiliyə məruz qoyurlarmı? Şəhid atasını məmurlar növbədənkənar qəbul edirlərmi? Edirlərsə, bəs o zaman Siz niyə 8 aydır ki, şəhid atasını qəbul etmirsiniz?

Saytların yığılması Saytlarin yigilmasi

Mən oktyabr ayının 2-də bu qoca yaşımda əziyyət çəkərək Prezident Administrasiyasına getmişəm. Orada Sizin qəbulunuza düşmək istəyən yüzlərlə vətəndaş gördüm. Məni də bir şəhid atası kimi Sizin qəbulunuza yazdılar.

Amma bu gün saat 10-da Baş Prokurorluğun qəbul şöbəsində bir xanım və Emin müəllim məni qəbul etdilər. Bildirdilər ki, nə qədər məktub yazırsansa yaz, teleqram vurursansa vur xeyri yoxdur. Qəbul düşmək üçün gərək adınız siyahıda olsun, sizinsə adınızı siyahıdan çıxarıblar.

Ona görə də mən məcbur qalaram yenidən Sizə müraciət etməli oldum. Sizi hələ ki, Baş prokuror kimi mərhum Heydər Əliyevin ruhuna and verirəm ki, müraciətimə diqqət ayırıb bizdən rüşvət tələb edən məmurların əməllərini araşdırsanız və bununla bağlı cinayət işi başlanmasına göztəriş verəsiniz. Həmçinin baş verənləri daha ətraflı diqqətinizə çatdırmaq üçün məni qəbul edəsiniz.

Mən inanıram ki, Siz mərhum Heydər Əliyevin Sizə etimad göstərdiyinin fərqindəsiniz. Bəs Siz necə bu etimadı doğrulda bilmisinizmi? Bu barədə düşünmüsünüzmü?

Bir şəhid atası kimi inanıram ki, bu müraciətimi oxuduqdan sonra məni qəbul edib ətraflı dinləyəsiniz və öz əməllərilə Azərbaycan hökumətinə ləkə gətirən, “ar olsun” ifadəsinə layiq olan “Aqrarkredit”in sədri Məmməd Musayevlə Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev barəsində mənim şikayətim əsasında cinayət işinin başlanmasına göstəriş verəsiniz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button