2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zakir Sultanov 11 il azadlıqdan məhrum edilib

Bakı/28.01.22 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə proses başa çatıb.

İclas zamanı müdafiə tərəfi müttəhimin 5,3 milyon manat məbləğində zərəri ödədiyi, törətdiyi əməldən peşman olduğu, istintaqla əməkdaşlıq etdiyi, habelə,  iki yetkinlik yaşına çatmayan uşağının olduğu nəzərə alınaraq şərti cəza verilməsi barədə vəsatət qaldırıb.

Lakin məhkəmə Sultanovu ciddi rejimli kolonitada cəza çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Sultanov və mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ilin mayında korrupsiya və vəzifədən sui-istifadə ittihamı ilə həbs ediliblər.

Sonradan Bayramovun barəsində iş ayrıca icraata götürülərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Apellyasiya Məhkəməsi cəza müddətini 4,5 ilə endirib.- 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button