2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zalujnı: Rusiya su səthi dronlarından istifadə edib

Rusiya Ukraynaya qarşı müharibədə su səthi dronlarından istifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bu barədə özünün teleqram kanalında məlumat paylaşıb.

O, ABŞ-nın Birləşmiş Qərargahlar başçısı general Mark Milli (Mark Milley) ilə telefon danışığı zamanı Rusiyanın dənizsəthi dronlardan istifadə ilə bağlı narahatlığını bildirib – onun sözlərinə görə, bu, Qara dənizdə mülki gəmiçilik üçün təhlükə yaradır.

Əvvəllər Rusiyada belə bir silahın olması və istifadəsi barədə məlumatlar olmayıb.

Belə bir məlumatın fevralın 10-da yayıldığı bildirilir . Qeyd olunur ki, Rusiyanın mövqeyindən çıxışı edən bəzi teleqram kanalları Odessa yaxınlığında bir dronun körpü dayağına dəydiyi iddia edilən video yayıblar.

“The İnsider” videonun geolokasiyasını təsdiq edə bilib. Yazıda qeyd olunur ki, həqiqətən də video Odessa vilayətinin cənubunu Ukraynanın qalan ərazisi ilə birləşdirən körpünün yerləşdiyi Zatokada lentə alınıb.

Dəymiş ziyanın nə dərəcədə ciddi olduğu bəlli olmasa da, əvvəllər də raketlə vurulan Körpünün dağılmadığı qeyd olunur.

Zalujnının sözlərindən konkret olaraq Odessa yaxınlığındakı körpüdəki zərbədən, yoxsa Rusiyanın bu cür dronlardan istifadə etməsi ilə bağlı başqa halların olub-olmadığı aydın deyil.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 10-da Rusiya qoşunlarının Ukrayna ərazisinə 106 raket zərbəsi endirdiyini açıqlayıb. Bu zaman “Şahed” pilotsuz aparatlardan da istifadə olunduğu bildirilir.

Kiyev raket hücumlarından ölkənin enerji obyektlərinə ziyan dəyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə zərbələrin Ukraynanın müdafiə zavodlarında istehsalın dayandırılmasına səbəb olduğunu bəyan edib, Ukrayna tərəfi bunu şərh etməyib.
Bundan başqa şənbə gecəsi Rusiyanın yenidən Qara dənizdəki İlan adasına hava zərbəsi endirib. Bu barədə Ukraynanın “Cənub” komandanlığı məlumat yayıb.

İlan adası 2022-ci il fevralın 24-də müharibənin ilk günündə Rusiya tərəfindən ələ keçirilib, lakin iyun ayında Ukrayna ordusu Rusiya qoşunlarını adadan çıxara bilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button