2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Zaminbank” ASC-nin filial müdirinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, “Zaminbank” ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button