2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zamirə Hacıyeva Londonda 21 minlik iti ilə – FOTO

“İngiltərənin Daily Mail qəzetinin jurnalistləri Beynəlxalq Bankın həbsdə olan prezidenti Cahangir Hacıyevin xanımı Zamira Hacıyevanı Londondakı villadan iti gəzdirmək üçün çıxanda görüntüləyiblər”.

24saat.org xəbər verir ki, bunu xaricdə yaşayan jurnalist Turxan Qarışqa Facebookda paylaşıb. Onun sözlərinə görə, qəzet yazır ki, siz Azərbaycanda 200-300 manata işləyəndə, Zamira Hacıyeva bahalı həyat yaşamağa davam edir:

Qəzet bankirin xanımının geyindiyi paltarları belə qiymətləndirir:

Gucci ace brendinə məxsus idman ayaqqabısı – 625 avro (1209 AZN);

Saytların yığılması Saytlarin yigilmasi

Gucci brendinə məxsus idman şalvarı – 530 funt sterlinq (1153 AZN);

Miu Miu brend günəş eynəyi – 290 funt sterlinq (631 AZN);

Gödəkçəsi – təxminən 800 funt sterlin (1738 AZN).

Hermes şirkətinin constance brendinə məxsus əl çantası – 6500 funt sterlinq(14.151 AZN);

Hamısı birlikdə 18.882 AZN edir.

Qəzet itin qiymətini də dəqiqləşdirib: 21.700 AZN. İtin aylıq yemək və aksesuar xərcləridə təxminən 3200 AZN.
Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Bunların hamısını toplayanda 43.782 AZN edir”.

İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

2

Xatırladaq ki, London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan “Gulfstream” təyyarəsi daxildir. Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq.

Belə məlum olub ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button