2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zaporojye AES ərazisinin atəşə tutulması ciddi fəsadlar yarada bilər

Ukraynanın “Enerqoatom” şirkəti bir gündə Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisinin ikinci dəfə atəşə tutduğunu bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bununla da “nüvə reaktorunun yerləşdiyi enerji bloklarından birinin yaxınlığındakı ərazi”nin üç dəfə vurulduğu və azot-oksigen stansiyası, o cümlədən köməkçi binanın zədələndiyi bildirilir.

Qeyd olunur ki, insan təlafatı və yaralananlar olmasa da zərbələr nəticəsində həm hidrogen və radioaktiv maddələrin sızması riski böyükdür.

“Energoatom” bildirir ki, atəşə tutulmazdan əvvəl “Rosatom” nümayəndələri tələsik stansiyanı tərk ediblər, “yəqin ki, onlar hücumun olacağını biliblər”.

Hazırda AES-dəki ukraynalı işçilərin “nüvə və radiasiya təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər gördüyü bildirilir.

Həm də bildirilir ki, günorta saatlarında AES-in atəşə tutulması zamanı yüksək gərginlikli xətt zədələndiyindən enerji bloklarından birində fövqəladə mühafizə işləri aparılıb, dizel generatorları işə düşüb, bok boşaldılıb və şəbəkədən ayrılıb.

İşğal altındakı Mariupol limanından təxminən 200 kilometr şimal-qərbdə yerləşən AES müharibənin əvvəlindən Rusiyanın nəzarətindədir.

Ukrayna prezidenti hadisə ilə bağlı videomüraciətində deyib ki, baş verənlərə görə Rosatomdan tutmuş Rusiyanın bütün nüvə sənayesi ilə əlaqəli şirkətlərə və şəxslərə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button