2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Zaporojye AES-in bütün reaktorları dayandırılıb

Sentyabrın 11-i gecə Zaporojjya Atom Elektrik Stansiyasının (AES) sonuncu işləyən 6-cı enerji bloku da elektrik şəbəkəsindən ayrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Ukraynanın “Enerqoatom” konserni məlumat yayıb. Zaporojye AES-i Zaporojye vilayətinin Rusiyanın işğal etdiyi Enerqodar şəhərindədir.

Enerji blokunun dayanması ilə bağlı xəbəri işğalçı tərəf də təsdiqləyib. “Enerqoatom”un məlumatına görə, Rusiya ordusunun atəşi nəticəsində Zaporojye atom elektrik stansiyasının Ukrayna enerji sistemi ilə birləşdirən bütün kommunikasiya xətləri zədələnib.

Rusiya tərəfi isə həm elektrik xətlərinin zədəlnməsi, həm də atom elektrik stansiyasının atəşə tutulmasına Ukraynanın özünü ittiham edir.

Atom elektrik stansiyası ətrafındakı vəziyyətlə bağlı narahatlıq BMT və dünyanın bir çox ölkələri tərəfindən ifadə olunub. Stansiyaya səfərdən sonra sentyabrın 6-da Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-dəki vəziyyətlə bağlı hesabat dərc edib.

Ekspertlər həmçinin Rusiya hərbi texnikasının Zaporojye AES ərazisində yerləşdiyini müəyyən ediblər. Hesabatda stansiyanın ətrafında “təhlükəsizlik zonası”nın yaradılmasının vacibliyi vurğulanır. Beynəlxalq Atom Enerjisi Agentliyi buna dərhal kömək etməyə hazır olduğunu bildirib.

Agentlik Zaporojjya AES-in atəşə tutulmasına son qoymağa çağırır, çünki bu, “nüvə insidentinə” səbəb ola bilər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button