Loading...
Loading...
Dünya

Zaporojye AES şəbəkədən çıxarıldı, fəlakət riski artır

Buna səbəb olaraq atışma nəticəsində stansiyanı şəbəkəyə bağlayan yerüstü xətlərin zədələnməsi gösrtərilir

Martın əvvələrindən bəri Rusiya silahlı qüvvələrinin nəzarətində olan Zaporojye atom-elektrik stansiyası şəbəkədən çıxarılıb.

Stansiyada hələ də Ukraynanın işçi heyəti çalışır.

Ukraynanın Enerhoatom dövlət enerji əməliyyatçısı avqustun 25-də xəbər verib ki, Avropanın ən böyük atom elektrik stansiyasındakı son iki reaktor dayandırılıb.

Buna səbəb olaraq atışma nəticəsində stansiyanı şəbəkəyə bağlayan yerüstü xətlərin zədələnməsi gösrtərilir:

“Nəticədə stansiyadakı iki işlək blok şəbəkədən ayrılıb. Beləliklə rusiyalıların hərəkətləri zavodun bütünlüklə təchizat şəbəkəsindən çıxarılması ilə nəticələnib. Belə bir hadisə stansiyanın tarixində ilk dəfədir ki, baş verir”.

Bəyanatda bildirilir ki, şəbəkədən ayrılmış iki reaktordan birinin şəbəkəyə qaytarılması üçün işlər görülür.

Moskvanın stansiyanı mənimsəmək planı

Zaporojye AES Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan iki həftə sonra, martın 4-də Rusiya qoşunlarının nəzarətinə keçib.

Ukrayna mühəndislərinə Rusiyanın rəhbərliyi altında işi davam etdirmək imkanı verilib.

Son həftələrdə bu stansiyanın həndəvərində Ukrayna və Rusiya qüvvələri arasında intensiv döyüşlər gedirdi.

Ukrayna və Rusiya bir-birlərini zavodu atəşə tutmaqda ittiham edirlər.

Bundan əvvəl BMT bu stansiyaya Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin səfərini təşkil etməyə çalışırdı.

Lakin Moskva müfəttişlərin zavoda Rusiya qüvvələrinin nəzarətində olan ərazidən keçərək gəlməsini istəyirdi. Kiyev buna qəti etiraz bildirmişdi.

Avqustun 24-də agentliyin rəhbəri Rafael Qrossi bildirmişdi ki, Kiyev və Moskva müfəttişlərin gəlişinə razılaşıblar.

Bu arada xəbər verilir ki, Rusiya Zaporojye AES-in tamamilə Ukrayna elektrik şəbəkəsindən çıxarılması üçün plan hazırlayıb.

Fəlakətin qarşısını almaq üçün 90 dəqiqə vaxt qalacaq

Lakin Ukraynanın dövlət Enerhoatom agentliyinin rəhbəri Pyotr Kotin The Guardian qəzetinə deyib ki, stansiyanın “söndürülməsi” reaktorların soyuducu sistemində nasazlıq yarada və nüvə fəlakətinə səbəb ola bilər.

Kotin bildirib ki, Rusiya mühəndisləri AES işçilərinə plan təqdim ediblər. Onlar isə öz növbələrində bu sənədi Enerhoatoma göndəriblər.

Kotin deyir ki, bu plan əgər ötürücü xətlər “çox ciddi zədələnərsə” həyata keçiriləcək.

Onun sözlərinə görə stansiyanın ekektrik təchizatının vəziyyəti artıq indinin özündə kritikdir. Kotin vurğulayıb ki, müharibə nəticəsində stansiyanın dörd əsas təchizat xəttindən ikisinə, üç ehtiyat xətdən ikisinə zərər dəyib.

24 saat” “
Zaporojye AES şəbəkədən çıxarıldı, fəlakət riski artır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  60 min dollara ordudan vaxtından əvvəl tərxis edilmək olar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button