Loading...
Loading...
Dünya

Zaporojye AES yaxınlığında ağır döyüşlər gedir

Agentlik isə təftiş qrupunun əksər üzvlərinin sentyabrın 1-də AES-i tərk etdiyini, müfəttişlərin onlara gərəkən şeyləri görə bildiyini deyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyası gedəndən sonra Zaporojye AES-də qurumun iki müfəttişi qalacaq. Məlumatı Rusiya verib.

Bu arada Ukraynanın cənubunda ağır döyüşlər getdiyi, AES-in yerləşdiyi Enerhodar rayonunun atəşə tutulduğu bildirilir.

Dünən – sentyabrın 1-də BAEA missiyası Avropanın ən böyük nüvə zavoduna çatıb. Bu gün isə Rusiyanın Vyanada beynəlxalq qurumlarında səfiri RIA Novosti xəbər agentliyinə deyib ki, missiyanın altı eksperti stansiyada bir neçə gün, BAEA-nın iki əməkdaşı isə daimi qalacaq.

Vyanada yerləşən BAEA Rusiyanın bəyanatını təsdiqləməyib.

BAEA missiyasının beş təmsilçisi sentyabrın 3-dək stansiyada qalaraq obyektə dəyən fiziki ziyanı dəyərləndirəcək. Bunu isə Ukraynanın Enerhoatom dövlət energetika şirkəti bildirib.

Agentlik isə təftiş qrupunun əksər üzvlərinin sentyabrın 1-də AES-i tərk etdiyini, müfəttişlərin onlara gərəkən şeyləri görə bildiyini deyib.

Missiya AES-də təhlükəsizlik durumunu dəyərləndirməyə gedib. UkraynaRusiya bir-birini BAEA missiyasının səfərindən öncə əraziyə hücumlarda ittiham edib.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin səhər tezdən “minaatanlardan daimi hücumlar” etdiyini, sentyabrın 1-də isə bir neçə mülki yaşayış binasını vurduğunu bildirib. Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna qüvvələrini AES-i ələ keçirmək cəhdində ittiham edib.

Kiyev bildirir ki, Rusiya obyektdən qalxan kimi istifadə edir, oraya silah yığır və ətrafa hücuma keçir. Moskva isə iddiaları rədd edərək Ukraynanı ərazini atəşə tutmaqda suçlayır.

Hər iki tərəf mümkün nüvə fəlakətindən narahatlığını bildirib.

Fevralın 24-də Ukraynaya təcavüzə başlayan Rusiya Qərbin sanksiyaları ilə üzləşib.

24 saat” “
Zaporojye AES yaxınlığında ağır döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Lukoil sədrinin müəmmalı ölümü

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button